TƏRKİBİ (1,5 ml):
Tiamin hidroxlorid (B1) – 100 mq
Piridoksin hidroxlorid (B6) – 200 mq
Sianokobalamin (B12) – 200 mkq
FARMAKOLOJİ TƏSİRİ:
Tiamin (B1) orqanizmdə fosforlaşmaqla, kokarboksilazaya çevrilir. Kokarboksilaza əksər fermentativ reaksiyalarda və amin turşuların yaranmasında iştirak edən kofermentdir. Tiamin karbohidrat, zülal, yağ mübadiləsində vacib rol oynayır, sinapslarda sinir ötürücülüyündə aktiv iştirak edir.
Piridoksin (B6) mərkəzi və periferik sinir sisteminin funksiyalarının normal yerinə yetirilməsində iştirak edir. Noradrenalin, adrenalin, dofamin, histamin, QAYT neyromediatorlarınınbiosintezini təmin edir.
Sianokobalamin (B12) normal qanyaranma və eritrositlərin yetişməsində, bir çox biokimyəvi reaksiyaların yerinə yetirilməsində iştirak edir. Bundan əlavə fosfolipidlərin lipid qatının formalaşmasında və RNT, DNTin yaranmasına təsir edir. Sianokobalaminin koferment formaları (metilkobalamin və adenozilkobalamin) hüceyrələrin bölünməsi və replikasiyası üçün vacibdir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
1 tablet gündə 2-3 dəfə olmaqla, daxilə qəbul olunur.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı individual həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Adətən yaxşı qəbul olunur. Nadir hallarda ürəkbulanma, taxikardiya, qaşınma verir.
Buraxılış forması: tablet №20
İstehsalçı: Lannacher – Avstriya