TƏRKİBİ:
Ampul I:
Diklofenak natrium – 75 mq
Betametazon – 2 mq
Ampul II:
Vitamin B1 – 100 mq
Vitamin B6 – 100 mq
Vitamin B12 – 10 mq
FARMAKOLOJİ TƏSİRİ:
Diklofenak natrium – qeyri-steroid iltihabəleyhinə preparatlar qrupuna daxildir. Güclü analgetik, iltihabəleyhinə və antipiretik təsirə malikdir. Eyni zamanda ödeməleyhinə də təsir göstərir.
Betametazon – qlükokortikosteroid qrupuna aid olub, iltihab əleyhinə, ödeməleyhinə və immunosupressiv təsir göstərir.
B qrupu vitaminlər – neyrotrop vitaminlər olmaqla, sinir toxumasında tənəffüsü və enerji hasilatını artırmaqla, neyronların regenerasiyasını sürətləndirir, asetilxolinin sintezində iştirak edir, sinir keçiriciliyini yaxşılaşdırır. Xüsusən, B12 vitamini yüksək dozada mielin qişanın sintezində iştirak etməklə, ağrıkəsici təsir göstərir. B qrupu vitaminlər eyni zamanda zülal, yağ və karbohidrat mübadiləsində iştirak edir. Toxuma regenerasiyasını artırır, qan yaranma prossesində iştirak edir, qaraciyər və sinir sisteminin funksiyasını yaxşılaşdırır
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Preparat hər iki ampulu qarışdırmaqla, gündə 1 dəfə əzələ daxilinə yeridilir.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı individual həssaslıq, mədə və 12-barmaq bağırsaq xorası, kəskin böyrək və qaraciyər çatışmazlığı, aktiv vərəm, ürək çatışmazlığı, hipertenziya, hamiləlik və laktasiya
Buraxılış forması: ampul I №3; ampul II №3
İstehsalçı: Sumerian Trade LLP – Böyük Britaniya