All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Nextal gel

Göz yaşı

TƏRKİBİ:

Hipromelloza – 500 mq

Qlisin – 100 mq

Prolin – 75 mq

Leysin – 10 mq

Lizin – 14 mq

FARMAKOLOJİ TƏSİRİ:

Hipromelloza – göz yaşının optik xüsusiyyətlərini əvəz edərək, buynuz qişanın epitel hüceyrələrini müdaiə edir. Görməyə təsir etmədən şəffaf perikorneal ekran yaratmaqla, buynuz qişanı qoruyur. Hipromelloza yapışqanlıq və yumşaldıcı xüsusiyyətinə əsasən buynuz qişaya asanlıqla hopur, subyektiv və obyektiv əlamətləri aradan qaldırır. Bakterisid təsir göstərir.

Qlisin- Prolin- Leysin- Lizin- aminturşular olub, görmə orqanının maddələr mübadiləsini, tənəffüsü, enerji təchizatını artırmaqla toxuma regenerasiyasını sürətləndirir.

Görmə sinirinin keçiriciliyini yaxşılaşdırır, görmə itiliyini artırır. Yüksək antioksidant təsirə malik olmaqla, sərbəst radikalların neytrallaşmasında iştirak edir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Konyuktival kisəyə 1-2 damcı olmaqla, gün ərzində 2-3 dəfə damızdırılır.

GÖSTƏRİŞLƏR:

  • Buynuz qişanın mikrotravması, eroziyası və troik yara
  • Keratit və keratopatiya
  • Laqoftalm
  • Buynuz qişa və göz qapağında aparılan cərrahi əməliyyatdan sonra
  • Göz qapağının deformasiyası
  • “Quru göz” sindromu (Şeqren sindromu), kseroz, keratoz
  • Buynuz qişanın yanıqları, konyuktivit
  • Diaqnostik proseduraların sonunda- qonioskopiya, elektroretinoqraiya, elektrookuloqraiya, göz almasının exobiometrik müayinəsi

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı individual həssaslıq.

Buraxılış forması: damcı – 8 ml

İstehsalçı: BIOOS – Italiya