TƏRKİBİ:
Zəncəil ekstraktı (şoqaolla, ginqerolla)
FOS
FARMAKOLOJİ TƏSİRİ:
Nometik junior tərkibinə daxil olan şoqaolla və ginqerolla maddələri mədədə serotoninergik reseptorları blokada etməklə, qusma siqnalının MSS- nə ötürülməsinin qarşısını alır və bununla da qusmaəleyhinə təsir edir. Həmçinin, qastrointestinal hərəkətliliyi yaxşılaşdırmaqla, bağırsaq peristaltikasını normallaşdırır. 5 HT3 və 5 HT4 reseptorlarının qıcıqlanması qusma yaradır və peristaltika pozulur. Nometik junior bu reseptorları inhibə edərək, eyni zamanda normokinetik, iltihabəleyhinə,qazqovucu, xolekinetik təsir göstərir. Tərkibinə daxil olan inqridientlər yüksək biomənimsənilmə qabiliyyətinə malik olduğundan məhsulun keyiyyət effektivliyini artırır. Iltihabəleyhinə təsiri – siklooksigenaza və lipooksigenazanı inhibə etməklə, prostoqlandin və leykotrienlərin yaranmasının qarşısını almaq ilə meydana çıxır. Nəticədə, iltihab və ağrı aradan qalxır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
0-1yaş-2 damcı/kq/sut
1-3 yaş-10 damcı gündə 3 dəfə
3-6 yaş-15 damcı gündə 3 dəfə
6-12 yaş-20 damcı gündə 3 dəfə təyin olunur.
Preparat bir miqdar su ilə həll olunmalıdır
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı individual həssaslıq.
Buraxılış forması: flakon – 20 ml
İstehsalçı: Loqus farma – Italiya