All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Normosaf

Sedativ vasitə

TƏRKİBİ:

Pişikotu kökü – 170 mq

Maya sarmaşığı qozaları – 50 mq

Bədrənc yarpaqları – 50 mq

Damotu bitkisi – 50 mq

FARMAKOLOJİ TƏSİRİ:

Pişikotu kökü – sedativ, yuxugətirici və spazmolitik təsir göstərməklə yanaşı, ürəyin yığılma qabiliyyətini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır.

Maya sarmaşığı qozaları – sakitləşdirici, yuxugətirici və ağrıkəsici təsir göstərməklə yanaşı, iltihabəleyhinə, qıcolmaəleyhinə və zəif işlədici təsir göstərir.

Bədrənc yarpaqları – tərkibindəki eir yağlarının zənginliyi hesabına xoş iyə və dada malikdir. Sedativ, yuxugətirici, spazmolitik təsir edir. MBT-ın motorikasını yaxşılaşdırır, ödqovucu təsir edir.

Damotu bitkisi – sedativ, qıcolmaəleyhinə və diuretik təsirlidir. Eyni zamanda ürək ritmini tənzimləyir, arterial təzyiqi normallaşdırır. Normosaf sakitləşdirici təsir göstərir, yuxuya getməni asanlaşdırır, sakit yuxuya təminat verir, psixi və vegetativ mənşəli sinir gərginliyini aradan qaldırır, həyacan və qıcıqlanma simptomlarını azaldır, emosional statusu yaxşılaşdırır, stresə qarşı dözümlülüyü artırır, sinir mənşəli əzələ gərginliyini götürür.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Böyüklər: 1-2 tablet gündə 2-3 dəfə olmaqla, yarım stəkan su ilə qəbul edilir.

Uşaqlar: 1 tablet gündə 2 dəfə olmaqla qəbul edilir

GÖSTƏRİŞLƏR:

  • Nevroz, nevrasteniya, fobiya
  • Yuxu pozğunluğu
  • Yüngül depressiya
  • Kardionevroz (aritmiya, taxikardiya), hipertoniya
  • Menstrual spazm, klimakterik nevroz
  • Mədə-bağırsaq diskineziyası və spastik ağrı
  • Dəri xəstəliklərinin kompleks müalicəsi (psoriaz, neyrodermit)

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı individual həssaslıq.

Buraxılış forması: tablet №50

İstehsalçı: Labofarm – Polşa.