TƏRKİBİ:
Himekromon – 200 mq
FARMAKOLOJİ TƏSİRİ:
Himekronom ikili təsirə malik olub, selektiv spazmolitik, öd qovucu təsir göstərməklə öd durğunluğunun, öddəki xolesterinin kristallaşmasının nəticəsində öd daşı əmələ gəlməsinin qarşısını alır. Odeston selektiv spazmolitik olduğu üçün öd yollarının spazmında seçim preparatıdır. Eyni zamanda həzm vəzilərində şirə ifrazı və bağırsaqdan sorulma prosesinə təsir göstərmir, qəbizlik yaratmır. Odeston damarlara təsir göstərmədiyi üçün hipotenziya vermir.
FARMAKOKINETIKA: Daxilə qəbul olunduqda həzm traktından asanlıqla sorulur. Plazma zülalları ilə zəif birləşir. Gmax – 2-3 saat, T½ 1 saatdır. Himekromon böyrəklərlə xarıc olur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Yeməkdən 30 dəq. əvvəl 1-2 tablet gündə 3 dəfə daxilə qəbul edilir. Müalicə müddəti 2-3 həftədir.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Hiperhəssaslıq, öd yolları keçməməzliyi, qaraciyər və böyrək çatışmazlığı, xoralı kolit, Kron xəstəliyi, mədə-12 b.b. xorası, hemoiliya, 18 yaşadək uşaqlar
Buraxılış forması: tablet №50
İstehsalçı: Polfa – Polşa.