All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Omepur

Omeqa-3-yarımdoymamış yağ turşuları

TƏRKİBİ (1 saşe):

DHT – dokozaheksaen turşusu – 200 mq

EPT – eykozapentaen turşusu – 300 mq

FARMAKOLOJİ TƏSİRİ:

Tərkibində optimal miqdarda DHT (dokozaheksaen turşusu) və EPT (eykozapentaen turşusu) kimi omeqa-3-yarımdoymamış yağ turşuları olan qida əlavəsidir. Insan orqanizmi özü alfa-linolen turşusundan EPT və DHT-i sintez etmək qabiliyyətinə malikdir, amma bu sintez çox ləng və effektsiz olur. Ona görə də tərkibində EPT və DHT olan qida əlavələri qəbul etmək tövsiyə olunur. Omeqa-3 yarımdoymamış yağ turşularının təsir mexanizmi hüceyrə membranının fosfolipid qatında araxidon turşusuna antoqonist təsir göstərərək, eykozanoidlər sistemində yaratdığı dəyişikliklərlə əlaqədardır. Omeqa-3 güclü membranoprotektor vəantioksidant təsirə malikdir. DHT uşaq beyninin, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında böyük rol oynayır. Qanda xolesterinin səviyyəsini tənzimləyir, mikrosirkulyasiyanı yaxşılaşdırır. PG E2- nin sintezini inhibə etməklə, spontan düşüklərin və yarımçıq doğuşun qarşısını alır. Omeqa-3 ciftin düzgün formalaşması və orqanogenezin normal gedişi üçün vacibdir, xroniki hipoksiyanı aradan qaldırır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

1 saşe gündə 1 dəfə qəbul olunur.

GÖSTƏRİŞLƏR:

  • Raxitin müalicə və proilaktikası
  • Sümüklərin zədələnməsi (sınıqlar, osteomielit, osteoporoz)
  • Hiperaktivlik və diqqət deisiti sindromu
  • Uşaqlarda iziki və əqli inkişafın ləngiməsi
  • Koqnitiv funksiyaların zəiləməsi
  • Immunitetin zəiləməsi (tez-tez xəstələnən uşaqlarda xəstəlik vaxti və sağalma dövrü)
  • Allergik xəstəliklər, həmçinin bronxial astma
  • Urək-damar xəstəlikləri: UIX, ateroskleroz, tromboemboliya
  • Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermit)
  • Göz xəstəlikləri
  • Fetoplasentar çatışmazlıq, dölün hipoksiyası
  • Spontan düşük və erkən doğuşun proilaktikası

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı individual həssaslıq.

Buraxılış forması: 10 ml-lik paket №14

İstehsalçı: Laboratoriya OFI – Italiya