All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Ovumix

Antiprotozoy, antimikrob, regenerasiyaedici vaginal vasitə

TƏRKİBİ:

Metronidazol – 300 mq

Mikonazol nitrat – 100 mq

Polimiksin sulfat – 4,4 mq

Neomisin sulfat – 48,8 mq

Asiya sentellası – 15 mq

FARMAKOLOJİ TƏSİRİ:

Metronidazol-5 – nitroimidazol qrupuna aid olub, antiprotozoy, antimikrob təsir xüsusiyyətlərinə malikdir. Metronidazol – Gardnerella vaginalis, Trichomonas vaginalis, anaerob streptokokklar daxil olmaqla, anaerob bakteriyalara təsir göstərir. Mikonazol nitrat -imidazol törəməsi olub, geniş təsir spektrli antifunqal maddədir. Polimiksin sulfat – polipeptid qrupuna daxil olan antibiotik olub, qram (-) anaerob mikroorqanizmlərə qarşı aktivdir. Neomisin sulfat – aminoqlikozid qrupuna daxil olan geniş təsir spektrinə malik antibiotikdir. Neomisin sulfat – həm qram (-),həm də qram (+) mikroorqanizmlərə güclü antibakterial təsir göstərir. Asiya sentellası – maddələr mübadiləsini və yerli qan dövranını yaxşılaşdıraraq, dəri və selikli qişanın regenerasiya qabiliyyətini artırır, yara sağaldıcı təsir göstərir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Müalicə gün ərzində 1 və ya 2 suppozitoriyanın dərin olmaqla, uşaqlıq yoluna yeridilməsi ilə başlanmalıdır. Daha sonra müalicə simptomlar aradan qalxana kimi axşamlar yatmazdan əvvəl 1 suppozitoriyanın yeridilməsi ilə davam etdirilməlidir. Müalicə kursu 6-12 gündür.

GÖSTƏRİŞLƏR:

  • KƏSKIN VƏ XRONIK VAGINAL INFEKSIYALAR:
    • qarışıq infeksiya
    • spesiik infeksiya (trixomonada və s.)
    • qeyri-spesiik infeksiya
    • göbələk mənşəli infeksiya
  • UŞAQLIQ BOYNUNUN EROZIYASI
  • VAGINITLI XƏSTƏLIKLƏR:
    • ginekoloji əməliyyatdan və abortdan əvvəl
    • uşaqlıq daxili vasitələrin qoyulmasından əvvəl və sonra
    • uşaqlıq boynunun diatermokoaqulyasiya sından əvvəl və sonra
    • histerosalpinqoqraiyadan əvvəl

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı individual həssaslıq.

Buraxılış forması: Vaginal suppozitoriya №6

İstehsalçı: ELEA – Argentina