TƏRKİBİ:
Oksitetrasiklin hidroxlorid – 300 mq
Hidrokortizon – 100 mq
FARMAKOLOJİ TƏSİRİ:
Oksikort – oksitetrasiklin və hidrokortizon tərkibli kombinəolunmuş tərkibə malik olan, dəridə yerli istifadə üçün nəzərdə tutulmuş aerozol formasında istifadə olunan suspenziyadır. Oksitetrasiklin – tetrasiklin qrupuna aid olan antibiotikdir. Bir çox qram (+) və qram (-) bakteriayalara qarşı bakterisid təsir göstərir.
Hidrokortizon kortikosteroiddir, iltihabəleyhinə və antiallergik təsir göstərir.
Oksikort tetrasiklinə həssas bakteriyaların törətdiyi yerli iltihabi proseslərin və qaşınma ilə müşayiət olunan allergik halların müalicəsində effektiv olub, eritema və qaşınma hissiyatını aradan qaldırır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Böyüklər və 14 yaşından yuxarı olan uşaqlarda istifadə olunur. Flakon baş hissəsi yuxarı olmaqla, dik vəziyyətdə saxlayaraq, zədələnmiş dəri səthindən 15-20 sm məsafədən 3 saniyə ərzində püskürdülür. Mütəmadi olaraq gündə 2-4 dəfə istifadə edilir. Hər istifadədən əvvəl lakonu bir neçə dəfə çalxalamaq lazımdır.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq; dərinin göbələk, vərəm və ya virus mənşəli xəstəlikləri (herpes, suçiçəyi); peyvənd dövrü, dəri şişləri və onkoloji vəziyyətlər; siilis (dəri təzahürləri), dərinin kəskin gedişli irinli xəstəlikləri, zədələnmiş dəri və yaralar, uşaqlar və hamiləliyin I-ci trimestri.
Buraxılış forması: flakon-sprey -32.25 q
İstehsalçı: Polfa-Tarxomin S.A. – Polşa