All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Polcortolon TC

Kombinəolunmuş yerli vasitə

TƏRKİBİ:

Təsiredici maddələr: 1q suspenziyanın tərkibində 23,12 mq tetrasiklin hidroxlorid və 0,58 mq triamsinolon asetonid vardır.

FARMAKOLOJİ TƏSİRİ:

POLKORTOLON TC – antibakterial təsirli, iltihabəleyhinə, qaşınma- əleyhinə və allergiyaəleyhinə olan preparatdır. Tetrasiklin – geniş təsir spektrinə malik antibiotikdir. Triamsinolon – mülayim aktivliyə malik kortikosteroid olub, iltihabəleyhinə, qaşınmaəleyhinə və qan damarlarının keçiriciliyini azaldan təsirlərə malikdir.

Polkortlon TC dəridə iltihab ocağında olan tetrasiklinə həssas bakteriyalara təsir göstərir, yerli iltihab ocağını məhdudlaşdırır, eritema və qaşınmanı azaldır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Böyüklər və 3 yaşdan yuxarı olan uşaqlarda istifadə olunur. Flakon baş hissəsi yuxarı olmaqla, dik vəziyyətdə saxlayaraq, zədələnmiş dəri səthindən 15-20 sm məsafədən 1-2 saniyə ərzində püskürdülür. Mütəmadi olaraq gündə 2-4 dəfə istifadə edilir. Hər istifadədən əvvəl lakonu bir neçə dəfə çalxalamaq lazımdır. Maksimal müalicə müddəti – 4 həftədir.

GÖSTƏRİŞLƏR:

Dərinin tetrasiklinə qarşı həssas bakteriyaların törətdiyi infeksiyalarla ağırlaşmış və aşağıdakı xəstəlikləri müşayiət edən iltihabi proseslərinin yerli müalicəsi:

  • Dərinin ikincili bakteriai infeksiya ilə ağırlaşmış allergik xəstəlikləri
  • I dərəcəli yanıq və donvurma
  • Baldırda xora

ƏKS GÖSTƏRİŞLƏR:

  • Preparatın komponentlərinə qarşı hiperhəssaslıq
  • Dərinin virus, göbələk və ya vərəm xəstəlikləri
  • Onkoloji xəstəliklər
  • 3 yaşa qədər uşaqlar

Buraxılış forması: flakon-sprey – 17,3 q

İstehsalçı: Polfa-Tarxomin S.A. – Polşa