TƏRKİBİ:
Levoloksasin – 500 mq
FARMAKOLOJİ TƏSİRİ:
Primoloks – lüorxinolon qrupundan olan geniş təsir spektrli antibiotikdir. Aktiv maddə olan – levoloksasin-oloksasinin sol izomeridir. Levoloksasin DNTgirazanı blokadaya alır, DNT-nin superspirallaşmasını pozur, DNT sintezini inhibə edir, sitoplazmada, hüceyrə divarı və membranda dərin morfoloji dəyişikliklər əmələ gətirərək, bakteriosid təsir göstərir. Primoloks qram (+) aerob, qram (-) anaerob, atipik və digər mikroorqanizmlərə in vitro, eləcə də in vivo şəraitdə əksər mikroorqanizm ştammlarına qarşı aktivdir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Xəstəliyin gedişindən və ağırlıq dərəcəsindən asılı olaraq, doza həkim tərəindən təyin edilir. Preparat daxilə gündə 1-2 tablet olmaqla, lazımi miqdar su ilə qəbul olunur. Preparat yeməkdən əvvəl, yaxud yeməkarası qəbul olunur. Dozalanma xəstəliyin ağırlığına görə təyin olunur. Müalicə müddəti xəstəliyin gedişindən asılıdır (7 gündən – 3 aya qədər). Levoloksasinlə müalicə müddəti digər antibiotiklərin qəbulu kimi temperaturun enməsindən və törədicinin erradikasiyasından 48- 72 saat sonraya qədər davam etdirilir.
GÖSTƏRİŞLƏR:
Böyüklərdə levoloksasinə həssas bakterial infeksiyaların törətdiyi:
ƏKS GÖSTƏRİŞLƏR:
Epilepsiya, 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü, levoloksasinə və ya digər lüorxinolonlara qarşı yüksək həssaslıq.
Buraxılış forması: Ortüklü tablet №7
İstehsalçı: Adifarm – Bolqarıstan