TƏRKİBİ:
Ezomeprazol – 40 mq
FARMAKOLOJİ TƏSİRİ:
Ezomeprazol – proton pompasının inhibitoru olub, omeprazolun S-izomeridir; parietal hüceyrələrdə proton pompasını spesiik yolla inhibə etməklə, mədədə xlorid turşusunun sekresiyasını aşağı salır. Proton ES mədənin həm bazal, həm də stimuləolunmuş sekresiyasını inhibə edir. Preparatın bioloji mənimsənilməsi 89%-dir. Proton ES preparatının təsiri qəbul edildikdən 1 saat sonra başlayır. 5 gün müddətində preparatın 20 mq dozada qəbulu zamanı mədə turşuluğunun maksimal konsentrasiyası 90% azalır.
Proton ES tabletləri turşuya davamlı örtüyə malikdir.
Gmax 1-2 saatdır. Proton ES MUPS tablet formasına malik olduğu üçün daha qısa müddətdə absorbsiya olunur. Digər nəsil PPI-danfərqli olaraq, qaraciyərdə sitoxrom P450 sistemdə az metabolizmə uğradığı üçün parietal hüceyrələrdə maksimal konsentrasiyada toplanır. Sitoxrom P450 (CYP2C198) polimorizmə malik olduğu üçün digər PPI-dan fərqli olaraq, ezomeprazola qarşı rezistentlik əmələ gəlmir. Preparatın 80%-i böyrəklərlə, 20%-i isə öd vasitəsilə xaric olunur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
1 tablet gündə 1 dəfə qəbul olunur. Müalicənin müddəti xəstəliyin gedişatı və ağırlıq dərəcəsindən asılıdır. Böyrək çatışmazlığı olan xəstələrdə sutkalıq doza 20 mq-dır.
GÖSTƏRİŞLƏR:
Mədə və 12b.bağırsaq xorası
Qastroezofaqial relyuks
Pankreatit
Zollinger-Ellison sindromu
QSIƏP-la müalicə fonunda
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı individual həssaslıq.
Buraxılış forması: qastrorezistent tablet №14
İstehsalçı: LAB. DR ESTEVE SA – Ispaniya