All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Pulmares

Qlükokortikosteroid tərkibli inhalyasiya üçün məhlul

TƏRKİBİ:

Budesonid – 0,25; 0,5 mq/ml

FARMAKOLOJİ TƏSİRİ:

Nebulayzer vasitəsilə ilə istifadə olunan yerli təsir xüsusiyyətinə malik olan budesonid qlükokortikosteroid olaraq, iltihabəleyhinə, antiallergik və bronxgenəldici effekt göstərməklə, bronxial astmanın bütün mərhələlərində istifadə olunur. Istifadəsi zamanı xəstəliyin simptomlarını kontrol altına alır, o cümlədən per os istifadə olunan steroidlərə ehtiyacı azaldır. Sistem qlükosteroidlərdən fərqli olaraq, yan təsirləri minimumdur.

Terapevtik effekt qəbulundan bir neçə saat sonra müşahidə olunur. Inhalyasiya formasında istifadə olunan budesonid tez bir zamanda absorbsiya olunur.

Dozanın 25-30%-i ağciyərlərə daxil olur. Inhalyasiyadan sonra sistem biomənimsənilmə 38%-dir. Qana sorulduqdan sonra budesonid qaraciyərdə intensivbiotransformasiyaya (90%) uğrayaraq, aşağı qlükokortikosteroid aktivliyinə malik olan (1%) metabolitlərə çevrilir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Başlanğıc doza: 6 aydan böyük uşaqlarda – 0.25-0.5 mq/sut; Böyüklərdə – gündə 1-2 mq/sut.

Saxlayıcı terapiya zamanı doza: 6 aydan böyük uşaqlarda: 0.25-2 mq/sut; Böyüklərdə: 0.5-4 mq/sut. Preparat 0,9%-li izotonik məhlul, salbutamol, ipratropium, fenoterol və asetilsistein ilə qarışdırıla bilər. Per os formalı qlükokortikosteroidlərlə birlikdə istifadə oluna bilər. Bu zaman per os qəbul olunan qlükokortikosteroidin dozası tədricən aşağı salınır. Hətta tamamilə dayandırıla bilər. Kandidoz əmələ gəlmə riskini aradan qaldırmaq üçün istifadədən sonra ağız su ilə yaxalanmalıdır.

GÖSTƏRİŞLƏR:

  • Obstruktiv bronxit

  • Bronxial astma

  • Ağciyərlərin xronik obstruktiv xəstəliyi (AXOX)

  • Larinqotraxeit

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Hamiləlik zamanı istifadəsi həkim nəzarəti altında olmalıdır. Laktasiya dövründə istifadəsi mümkündür.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı individual həssaslıq; 6 aya qədər uşaqlar.

Buraxılış forması: 2 ml-lik tək dozalıq lakon №20

İstehsalçı: VEM Ilac-Türkiyə