All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Reafem

Təbii progesteron

TƏRKİBİ:

Progesteron – 200 mq

FARMAKOLOJİ TƏSİRİ:

Reafemin aktiv komponenti olan progesteron sarı cisim hormonu olub, təbii mənşəlidir. Reafem uşaqlığın selikli qişasında proliferativ fazanın sekretor faza ilə əvəz olunmasını təmin etməklə, mayalanmış yumurta hüceyrənin uşaqlığın selikli qişasına implantasiya olunmasını təmin edir.

Eyni zamanda uşaqlığın oyanıqlıq və yığılma qabiliyyətini azaldaraq, hamiləliyin normal gedişatı üçün vacibdir. Reafem həmçinin, laktasiya prosesini də stimullaşdırır. Reafem aktiv metaboliti hesabına antiandrogen təsir xüsusiyyətinə də malikdir. Reafem antialdesteron təsiri hesabına sidik ifrazını da artırır, ödemi azaldır. Bununla yanaşı neyroprotektiv, anksiolitik və sedativ təsir xüsusiyyətlərinə də malikdir. Reafemin aktiv metaboliti 5β-preqnandiol oksitosinin təsirini blokada edərək, tokolitik təsir göstərir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Reafemin sutkalıq dozası 200-400 mq-dır.

Sarı cisim çatışmazlığı fonunda sonsuzluq, anovulyator menstrual sikl pozğuluğu və mastopatiya diaqnozlu xəstələrdə 15-16-cı gündən başlayaraq, 10-12 gün müddətində təyin olunur.

Preparatın həm per os, həm də vaginal qəbulu mümkündür. Kombinəolunmuş istifadəsi də mümkündür.

GÖSTƏRİŞLƏR:

  • Sarı cisim çatışmazlığı fonunda sonsuzluq

  • Düşük təhlükəsi

  • Anovulyator menstrual tsikl pozğunluğu

  • Mastopatiya (ibroz-kistoz)

  • PMS

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentinə qarşı həssaslıq, q/tam abort, süd vəzi və qadın cinsiyyət orqanlarında bədxassəli şiş xəstəliyi, qaraciyər funksiyalarının kəskin çatışmazlığı.

Buraxılış forması: kapsul №30

İstehsalçı: LEON – Ispaniya