TƏRKİBİ:
Natrium alginat – 500 mq
Kalsium karbonat – 266 mq
Natrium bikarbonat – 150 mq
Hind kaktusu – 52 mq
Avropa zeytunu – 38 mq
Polifenol – 6 mq
Biyan ekstraktı – 30 mq
Nanə ekstraktı – 30 mq
Aktinidin həzm fermenti – 20 mq
FARMAKOLOJİ TƏSİRİ:
Natrium alginat -dəniz yosunundan alınır. Yerli hemostatik, reparativ və iltihabəleyhinə təsirlərə malik olub, MBT xəstəliklərində (mədə xorası, anorektal çat və s.), qansaxlayıcı, regenerasiyaedici təsir edərək, müalicəvi effekt göstərir.
Kalsium karbonat və Natrium karbonat – mədə turşuluğunu azaltmaqla, qısa müddətdə qıcqırma və mədə ağrısını aradan qaldırır.
Hind kaktusu – həzm sisteminə qoruyucu və yarasağaldıcı təsir göstərir. Avropa zeytunu bürüyücü təsir göstərir.
Polifenol – bitki mənşəli birləşmədir. C vitamini ilə birgə damar divarını möhkəmlədir, epitelinin regenerasiyasında iştirak edir. Antimikrob və antioksidant təsirlərə malikdir.
Biyan ekstraktının tərkibindəki lavanoidlər sayəsində mədə divarını bürüyərək, iltihabı prosesin aradan qalxmasına yardım edir. Mədə xorası, qastrit, kolit, qastroezofageal relyuks zamanı bürüyücü effekti sayəsində sağalmanı tezləşdirir.
Nanə ekstraktı – həzm pozğunluğu zamanı həzmi aktivləşdirmək, köpü aradan qaldırmaq və relyuksla əlaqədar qıcqırmanı azaltmaq kimi xüsusiyyətlərə malikdir.
Aktinidin – həzm fermenti mədə xəstəlikləri zamanı zəiləmiş zülal həzmini sürətləndirməklə, mədədə ağırlıq hissi və gəyirmə kimi problemləri aradan qaldırır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Yeməkdən sonra və ya yatmazdan əvvəl 1 saşe gündə 1 dəfə daxilə qəbul edilir.
GÖSTƏRİŞLƏR:
Mədə turşuluğunun artması və MBT-ın iltihabi xəstəliklərinin kompleks müalicəsiə
Qastroezofageal relyuks, ezofagit
Mədə və 12 barmaq bağırsaq xorası, müxtəlif genezli simptomatik xoralar
MBT-ın eroziyası
Normoasid və hiperasid qastritin kəskinləşmə dövrü
Kəskin duodenit
Diafraqmal yırtıq
Xorasız dispepsiya sindromu
Kolonopatiya
Dərman preparatlarının və intoksikasiy
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı hiperhəssaslıq
Buraxılış forması: saşe №20 10 ml
İstehsalçı: Shedir Pharma Srl – Italiya