TƏRKİBİ:
Rizendronat turşusu – 35 mq
FARMAKOLOJİ TƏSİRİ:
Risebon bifosfanat qrupuna aid olan və osteoartrozun müalicəsində istifadə olunan dərman vasitəsidir. Rizendronat osteoklastların işini inhibə etməklə, sümük rezorbsiyasının qarşısını alır və bununla da sümük matriksini qoruyur. Maksimal terapevtik effektivlik 3-6 aya müşahidə edilir. Müalicə müddəti 12 aya qədərdir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
1 tablet Risebon həftədə 1 dəfə olmaqla, yeməkdən 30 dəqiqə öncə bol maye ilə qəbul olunur.
GÖSTƏRİŞLƏR:
Osteoporoz, o cümlədən postmenopauzal osteoparoz
Sümük sınıqları (xüsusən bud, onurğa və s.)
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı individual həssaslıq.
Buraxılış forması: 35 mq tablet №4
İstehsalçı: Adamed – Polşa