TƏRKİBİ:
Natrium xlorid (hipertonik duz məhlulu) – 3%
N-asetilsistein – 1 q
MSM – 1q
Resveratrol – 0.57 q
Beta-qlükan – 0.9 q
FARMAKOLOJİ TƏSİRİ:
RinoAIR ödeməleyhinə, antieksudativ, mukolitik, immunostimulyator, iltihabəleyhinə təsirlərə malikdir.
Hipertonik duz məhlulu 3% – aktiv sorbentdir, hüceyrəarası toplanmış artıq maye ilə birgə mikrobları və virusları özünə çəkərək, ödeməleyhinə, antieksudativ, antimikrob təsir göstərir.
Asetilsistein – mukolitik təsiri mukoproteinlərə xas disulid əlaqəni qirmaqla, seliyin yapışqanlığını azaldmaqla bağlıdır. Burun boşluğunda toplanmış qatı seliyin tərkibindəki ibrini lizis edərək, onu durulaşdırır və xaric olunmasını asanlaşdırır.
MSM – bioloji aktiv kükürdün təbii mənbəyidir. Kükürd güclü antioksidant təsir göstərməklə yanaşı, hüceyrələrdən artmış mayenin effektiv sorulmasını artırır, antieksudativ, iltihabəleyhinə, antioksidant təsir edir.
Resveratrol – üzüm və Polygonum cuspidatum adlı bitkidən alınan polifenoldur. Resveratrol antioksidant və iltihabəleyhinə təsir göstərir. Resveratrol kapilyarların keçiriciliyini azaldır. Vazomotor rinitlər zamanı əvəzolunmayan vasitədir. Yerli istifadə zamanı antivirus və antibakterial təsir edir.
Beta-qlükan – immunostimulyator aktivliyə malik olub, virus və bakteriyalara qarşı təbii müdaiəni gücləndirir. Immunoqlobin E-in miqdarını azaldır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
– 2-6 yaş – hər burun dəliyinə 1 püskürtmə x 3-4 dəfə;
– 6-12 yaş – hər burun dəliyinə 1-2 püskürtmə x 3-4 dəfə;
– 12 yaşdan yuxarı və böyüklərə – hər burun dəliyinə 2-3 püskürtmə x 3-4 dəfə təyin edilir.
GÖSTƏRİŞLƏR:
Burun boşluğunun sanasiyası
Irinli, selikli-irinli möhtəviyyatla müşahidə edilən kəskin və yarım kəskin rinit
Xroniki rinit
Vazomotor rinit
Sinusit (həmçinin haymorit )
Adenoidlərin hipertroiyası zamanı
Yevstaxiit
KRVI kompleks müalicəsi
ƏKS GÖSTƏRİŞLƏR:
Prepatın komponentlərinə qarşı hiperhəssalıq.
Buraxılış forması: nazal sprey – 50 ml
İstehsalçı: Shedir Pharma – Italiya