TƏRKİBİ:
Seftriakson natrium – 0,5 q; 1 q
Lidokain 1% – 2 ml; 4 ml
FARMAKOLOJİ TƏSİRİ:
Rozaday – geniş təsir spektrinə malik olub, III-nəsil sefalosporin qrupuna aiddir. Bakteriyanın hüceyrə membranının sintezini inhibə etməklə, bakterisid təsir göstərir. Rozaday bir çox qram (+) və qram (-) bakteriyalara, o cümlədən bəzi anaeroblara qarşı aktivdir: qram (-)bakteriyalar – Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Haemophilus inluenzae, Haemophilus parainluenzae, Klebsiella pneumoniae, Morganella morganii, Neisseria meningitidis, Neisseria gonorrhoeae, Proteus vulgaris, Pseudomonas aeruginosa, Salmonella spp., Shigella spp, Treponema pallidum, qram (+) bakteriyalar – Staphylococcus aureus, Staphylococcus epidermidis,Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus viridans, Streptococcus bovis, anaeroblar – Bacteroides fragilis, Clostridium spp., Peptostreptococcus, Peptococcus spp., Bacteroides bivius.
Rozaday beta-laktamazlara qarşı davamlıdır.
Ə/d yeridildikdən sonra tam sorulur, yəni biomənimsənilməsi 100%-dir və 2-3 saatdan sonra plazmada maksimal konsentrasiyaya çatır. Toxuma və mayelərə asanlıqla nüfuz edir. 50-60%-i dəyişilməmiş şəkildə sidiklə, 40-50%-i isə ödlə xaric olur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
1 lakon Rozaday 1 ampul lidokainlə qarışdırılıb, gündə 1 dəfə ə/d-ə yeridilir. V/d-ə yeritmək üçün 1 lakon Rozaday inyeksion su ilə həll olunur.
GÖSTƏRİŞLƏR:
LOR-orqanlarının, yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləri (o cümlədən pnevmoniya, ağciyər absesi, plevranın empiyeması)
Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri (o cümlədən xolangit, öd kisəsinin empiyeması, mədə-bağırsaq traktının iltihabi xəstəlikləri, peritonit)
Sümük və oynaqların infeksion xəstəlikləri
Dəri və yumşaq toxumanın infeksion xəstəlikləri
Sidik-cinsiyyət orqanlarının infeksion xəstəlikləri (o cümlədən qonoreya və siilis)
İnfeksiyalaşmış yanıq və yaralar
Meningit. Sepsis
Cərrahi əməliyyatdan öncə və sonra
ƏKS GÖSTƏRİŞLƏR:
Sefalosporin qrupuna qarşı həssaslıq.
Buraxılış forması: flakon №1 + ampul №1
İstehsalçı: AVIS Ilaç – Türkiyə