TƏRKİBİ:
Ibuprofen
Süngər bitkisi
FARMAKOLOJİ TƏSİRİ:
Ibuprofen – qeyri-steroid iltihabəleyhinə vasitə olmaqla, ağrıkəsici təsir edir və iltihabı aradan qaldırır. Preparat yerli olaraq iltihab mediatorlarının ifrazını azaldır, siklooksigenazanı inhibə etməklə, prostoqlandinlərin ifrazını tormozlayır, bununla da iltihabəleyhinə təsir göstərir. Yerli istifadə zamanı ibuprofen tədricən oynaq toxumasına daxil olur, sinovial mayedə ləngiyərək, yüksək konsentrasiyada toplanır və ağrıkəsici, iltihabəleyhinə təsirini göstərir.
Süngər bitkisinin tərkibi fosfat və karbohidratlarla zəngindir. Yerli olaraq qan dövranını aktivləşdirir, dəri və dərialti toxumanın regenerasiyasını təmin ed
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Ağrı və ya zədə nahiyəsinə gündə 2-3 dəfə sürtülür. Müalicə müddəti 10 günə qədərdir
GÖSTƏRİŞLƏR:
Əzələ, vətər ağrıları (tendinit, bursit)
Ətraların çıxıq və çatları
“Donmuş çiyin”sindromu, radikulopatiya
Nevrit, nevralgiya, lumbaqo
Oynaqların və onurğanın degenerativ və revmatik xəstəliyi
Oynaqətrafı yumşaq toxumanın müxtəlif səbəbli ödem və şişkinliyi
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı individual həssaslıq.
Buraxılış forması: gel 75 q
İstehsalçı: Evro-plus – Ukrayna