TƏRKİBİ (2 saşe):
Inulin – 1000 mq
Kalium sitrat – 3370 mq
Maqnezium sitrat – 1378 mq
FARMAKOLOJİ TƏSİRİ:
Kalium sitrat və maqnezium sitrat sidikdə PH-ı artırır, yəni qələviləşdirir, bununla da sidikdə müxtəlif mənşəli duz kristallarının əmələ gəlməsinin qarşısını alır.
Preparatın komponentlərindən biri olan kalium sitrat sidikdə kalsiumu birləşdirərək, onun kristallaşmasının və bununla da böyrək daşı əmələ gəlməsinin qarşısını alır. Maqnezium sitrat üzvi duz olub, digər Mg duzlarına nisbətən daha yaxşı həll olma və daha çox biomənimsəmə xüsusiyyətinə malikdir.
Duzları sidikdə həll olmuş vəziyyətdə saxlayaraq, çökməsinin qarşısını alır və daş əmələ gəlməsinə mane olur. Ağır metallarla zəhərlənmələr zamanıantidot sayılır.
İnulin böyrək daşı əmələ gəlməsində vacib rol oynayan kalsiumun sorulmasına mane olur. Rupisolv böyrək xəstəlikləri fonunda əmələ gələn xronik metabolik asidozun qarşısını alır; podaqra xəstəliyi zamanı urikozurik terapiya məqsədilə də effektiv vasitə kimi istifadə olunur
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Preparat 1-2 saşe 1 stəkan suda (150 ml) həll edilərək, gündə 1 dəfə yemək arası qəbul edilir.
GÖSTƏRİŞLƏR:
Sidik turşusu daşlarının proilaktika və müalicəsi (oksalat, urat və qarışıq daşlar. Kalsium oksalat və kalsium fosfat duzları)
Nefrolitiaz və sistinuriya
Urikozuriya
Sitostatiklərlə müalicə zamanı
Təkrari sidik daşı əmələ gəlməsinin proilaktikası
Podaqra
ƏKS GÖSTƏRİŞLƏR:
Böyrək çatışmazlığı, sidik yollarının obstruksiyası, sidik yollarının infeksiyası, aktiv peptiki xora.
YAN TƏSİRLƏRİ:
Bəzən abdominal diskomfort, ürəkbulanma, diareya kimi dispeptik əlamətlər baş verə bilər. Bu əlamətlər preparat qida ilə birlikdə qəbul edilərsə, aradan qalxır.
Buraxılış forması: saşe №20
İstehsalçı: Shedir Pharma – Italiya