All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Salipra

Bronxodilatator təsirli inhalyasiya üçün məhlul

TƏRKİBİ:

İpratropium bromid – 0,5 mq Salbutamol – 2,5 mq

FARMAKOLOJİ TƏSİRİ:

Ipratropium bromid – antixolinergik dərman qrupuna aid olub, bronxodilatator təsir xüsusiyyətinə malikdir. Ipratropium bromid bronxgenəldici təsir göstərməklə, ağciyərlərdə hava axınını yaxşılaşdırır və nəfəs alıbverməni yüngülləşdirir. Salbutamol – β-adrenergik dərman qrupuna aid olub, selektiv β-2 adrenoreseptor aqonistidir – ürək əzələsindəki β-1 adrenoreseptorlara təsir göstərmir. Bronxgenəldici təsir xüsusiyyətinə malikdir.

Ipratropium bromid və salbutamol hava yolların genişləndirici təsirini fərqli mexanizmlər vasitəsilə göstərirlər. Hər ikisi birlikdə tənəffüs yollarının əzələlərini boşaldaraq, ağciyərlərə hava axınını artırır. Bu iki maddənin birlikdə kombinasiya şəklində istifadə edilməsi, hər bir maddənin tək olaraq istifadəsi nəticəsində əldə ediləndən daha çox bronxgenəldici təsir eldə etməyə imkan verir.

Salipra bronxospastik sindromla müşahidə olunan və birdən çox dərmana ehtiyac olan hallarda istifadə olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

12 yaşdan böyük uşaqlarda və böyüklərdə 2,5 ml (1 lakon) olmaqla, gündə 3-4 dəfə istifadə olunur.

Salipra inhalyasiya məhlulundan istifadə izioloji məhlulla durulaşdırılaraq, nebulayzer (püskürdücü) ilə yerinə yetirilir.

GÖSTƏRİŞLƏR:

  • Bronxospastik sindrom, o cümlədən:

    • ağciyərlərin xronik obstruktiv xəstəliyi (AXOX)

    • bronxial astma

    • KRX fonunda

    • emizema

    • cərrahi əməliyyat zamanı

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı individual həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ

Salipra həkimin risk və fayda nisbətini qiymətləndirməsindən sonra istifadə olunur.

Buraxılış forması: 2,5 ml-lik tək dozalıq lakon №20

İstehsalçı: VEM İlaç – Türkiyə