All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Seawell

İzotonik dəniz suyu

TƏRKİBİ:

İzotonik dəniz suyu – 0,9%

FARMAKOLOJİ TƏSİRİ:

SEAWELL – yerli istifadə üçün təbii vasitədir. İzotonik dəniz suyu burnun selikli qişasının fizioloji vəziyyətinin qorunmasını təmin edir. Seliyi parçalayır və qədəhəbənzər hüceyrələr tərəfindən sintezini normallaşdırır.

SEAWELL preparatının tərkibinə daxil olan mikroelementlər səyirici epitelin funksiyasını yaxşılaşdırır, burun və burunətrafı ciblərin selikli qişasının xəstəlik törədən bakteriyalara və viruşlara qarşı müdafiə qabiliyyətini gücləndirir. SEAWELL allergenlərin burnun selikli qişasından yuyularaq xaric edilməsinə kömək edir, yerli iltihabı prosesi ləngidir. SEAWELL gigiyenik məqsədlə küçə və otaq tozlarının burun boşluğundan təmizlənməsi üçün istifadə olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Müalicə məqsədilə: Hər burun dəliyinə 2 damcı gündə 4 dəfə;

Gigiyenik məqsədlə: Hər burun dəliyinə 1-2 damcı gündə 2-3 dəfə istifadə olunur.

GÖSTƏRİŞLƏR:

  • Burun, burunətrafı ciblərin, burun-udlağın kəskin və xroniki iltihabi xəstəliklərinin müalicə və profilaktikası

  • Allergik və vazomotor rinit

  • Adenoid

  • Burun boşluğunda cərrahi əməliyyatdan sonrakı dövr

  • Burun boşluğu selikli qişasının quruluğu

  • Burun boşluğunun gündəlik gigiyenası məqsədilə

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı fərdi həssaslıq.

Buraxılış forması: damcı – 10 ml

İstehsalçı: Helba İlaç – Türkiyə