TƏRKİBİ:
Ənginar – 200 mq
Zəncirotu – 100 mq
Vitamin PP – 18 mq
Silimarin – 200 mq
Fillantus – 40 mq
Lesitin – 200 mq
Yaşıl çay – 40 mq
Vitamin B1 – 1,4 mq
Vitamin B6 – 2 mq
FARMAKOLOJİ TƏSİRİ:
Ənginar – bioloji aktib maddələr, üzvi turşular, inulin, vitamin və mikroelementlər ilə zəngin olub, hepatoprotektor, detoksikator, xoleretik və xolekinetik xüsusiyyətlərə malikdir. Eyni zamanda hipoxolesterinemik, hipoazotemik və sidikqovucu təsirə də malikdir.
Silimarin – güclü hepatoprotektor təsirə malik olub, zədələnmiş hepatositlərin regenerasiya qabiliyyətini artırır. Silimarindetoksikator təsirə malik olmaqla, hepatositləri toksiki maddələrin təsirindən qoruyur. Həmçinin,antioksidant təsirə də malikdir.
Lesitin – hepatositlərin membranının əsas tərkib hissəsi olmaqla, zədələnmiş qaraciyər hüceyrələrinin regenerasiyasını təmin edir. Eyni zamanda hepatositləri toksiki maddələrin təsirindən qoruyaraq, hepatoprotektor təsir də göstərir. Zəncirotu – 40% inulinlə zəngin olub, hepatoprotektor və xoleretik təsirə malikdir. Bununla yanaşı, sidikqovucu təsir göstərir.
Fillantus – hepatoprotektor, xoleretik, antiaterosklerotik və immunomodulyator təsirə malikdir.
Yaşıl çay – güclü antioksidant təsirə malikdir. Orqanizmdə maddələr mübadiləsini sürətləndirərək, artıq şlakları xaric etməklə, detoksikator təsir göstərir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Böyüklərdə: 1 tablet gündə 2 dəfə;
Uşaqlarda: 1-4 yaş – 1/4 -1/3 tablet gündə 1 dəfə; 5-9 yaş – 1/2 tablet gündə 1 dəfə; 10-16 yaş – 1 tablet gündə 1 dəfə.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı individual həssaslıq, daşlı xolesistit.
Buraxılış forması: tablet №30
İstehsalçı: Biodue – Italiya