TƏRKİBİ:
Karbosistein – 100 mq/ml
FARMAKOLOJİ TƏSİRLƏRİ:
Solucis mukolitik və mukokinetik təsir xüsusiyyətinə malikdir. Mukolitik və bəlğəmgətirici təsir bronxların selikli qişasının qədəhəbənzər hüceyrələrinin fermenti olan sialotransferaza fermentinin aktivləşməsi, sialomusinlərin sintezini artırması, sialomusin və fukomusinlərin arasındakı balansı bərpa etməsi hesabınadır. Solusis – bronxial sekretin turş və neytral sialomusinləri arasındakı miqdari nisbətini, o cümlədən seliyin elastiklik və qatılığını normallaşdıraraq, onun xaric olmasını asanlaşdırır. Selikli qişanın regenerasiyasında iştirak edir, kirpikli epitelin fəaliyyətini aktivləşdirir, mikrosiliar klirensi yaxşılaşdırır. İmmunoloji aktiv olan İgA –ın (spesifik qoruyucu) sekresiyasını və seliyin sulfhidril qrupunun (q-spesifik qoruyucu) miqdarını bərpa edir. Bütün bu xüsusiyyətlər karbosisteini mukoaktiv preparatlar arasında müasir və ən perspektivli edir. Qəbulundan 2-3 saat sonra qanda və bronxlarda Gmax-a çatır və
8 saat ərzində qanda terapevtik konsentrasiya müşahidə olunur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
2-5 yaş – 1 ml; 5-12 yaş – 2ml; Böyüklərdə – 7,5 ml.
Preparat gündə 2-3 dəfə qəbul olunur.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Buraxılış forması: sirop – 200 ml
İstehsalçı: Aesculapius – İtaliya