TƏRKİBİ:
Metamizol natrium – 500 mq
Pitofenon – 5 mq
Fenpiverin bromid – 0,1 mq
FARMAKOLOJİ TƏSİRİ:
SPAZMOBLOK – kombinəolunmuş preparatdır. Guclu agrıkəsici və spazmolitik təsirlərə malikdir. Metamizol natrium – analgetik və zəif iltihabəleyhinə təsirlərə malikdir.
Pitofenon – miotrop spazmolitik olub, daxili orqanların saya əzələlərinə birbaşa genişləndirici təsir gostərir. Fenpiverin bromid – m-xolinoblokator olub, saya əzələlərə əlavə olaraq, spazmolitik təsir gostərir. Bu komponentlərin kombinasiyası onların farmakoloji təsirinin guclənməsinə, agrıların azalmasına, spazmın aradan qalxmasına səbəb olur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Spazmoblok tabletlərini çeynəmədən 0,5-1 stəkan su ilə udaraq, qəbul etmək lazımdır. 6-8 yaş – ½ tablet gundə 2-3 dəfə; 9-12 yaş – ½ tablet gundə 4 dəfə; 12-15 yaş 1 tablet gundə 2-3 dəfə; 15 yaşdan yuxarı uşaqlar və boyuklər – 1-2 tablet gundə 2-3 dəfə daxilə qəbul edilir. Maksimal sutkalıq doza 8 tablet.
GÖSTƏRİŞLƏR:
Qaraciyər və boyrək funksiyaları pozulmuş xəstələrə, hipotoniyaya, bronxospazma meylli olanlara, həmçinin qeyri-steroid iltihab- əleyhinə preparatlara və ya qeyri- narkotik analgetiklərə qarşı yuksək fərdi həssaslıgı olanlara ehtiyatla və həkim nəzarəti altında təyin edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləliyin I trimest- rində və sonuncu 6 həftəliyində istifadəsi əks gostərişdir. Laktasiya dovrundə istifadə olunması məsləhət deyil.
Buraxılış forması: tablet №20
İstehsalçı: Adipharm – Bolqarıstan