All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Suganon

DPP-4 inhibitoru

TƏRKİBİ:

Evoqliptin – 5 mq

FARMAKOLOJİ TƏSİRİ:

Evoqliptin tartrat N-terminal dipeptidin proteolitik parçalan- ması hesabına, qlukoqonabənzər peptid-1 (GLP-1) kimi endogen inkretin hormonları, L-huceyrələr tərəfindən sekresiya edildikdən az sonra inaktivasiya edən plazma və toxuma fermenti DPP-4-un aktivliyini inhibə edir (intakt GLP-1- in yarımparçalanma dovru < 2~3 dəq). DPP-4-un inaktivasiyası qida qəbuluna muvafiq olaraq, plazmada intakt GLP-1 səviyyəsinin yuksəlməsinə gətirir, bu da insulin sekresiyasının stimulyasiyasına səbəb olur, nəticədə qanda qlukozanın səviyyəsi aşagı duşur. Evoqliptinin DPP-4 fermentinin S1, S2 və boyuk S2 subsaytları ilə qarşılılıqlı əlaqəsi sitaqliptində oldugu kimidir. Evoqliptin və DPP-4 arasında qarşılıqlı əlaqə geri  dönəndir. Evoqliptin digər oral antidiabetik dərmanlardan fərqli olaraq, hipoqlikemiyanın inkişaf etməsi riskini aşağı salır, çünki endogen GLP-1 yalnız qidaların qəbulu zamanı, yəni qanda şəkərin səviyyəsi artdığı zaman sekresiya olunur, bu da insanlar üzərində aparılan tədqiqatlarda da təsdiq edilmişdir. Evoqliptin öz təsir mexanizmində əlavə təsirlərə uyğun olaraq, bədən çəkisinin artmasına səbəb olan sulfanil-sidik cövhəri preparatları və qlitazonlardan fərqli olaraq, çəkiyə münasibətdə neytraldır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Suganon   preparatının monoterapiya və ya kombinə terapiya olaraq, tovsiyə edilən dozası gundə 5 mq təşkil edir, Suganon   preparatının maksimal gundəlik dozası 5 mq təşkil edir. Suganon   preparatının qəbulunun qida qəbulu ilə əlaqəsi yoxdur.

GÖSTƏRİŞLƏR:

  • II tip şəkərli diabet

    Xüsusi qeyd: Suganon® II tip şəkərli diabet xəstələrində qlikemik nəzarəti yaxşılaşdırmaq üçün pəhriz və fiziki məşqlərə əlavə olaraq təyin edilir. Suganon® monoterapiya olaraq təyin edilə bilər. Suganon® metformin ilə monoterapiya zamanı qlikemik kontrolu qeyri-adekvat olan pasiyentlərdə kombinasiya şəklində təyin edilə bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Epilepsiya, 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.

Buraxılış forması: tablet №30

İstehsalçı: Dong-A ST – Koreya