TƏRKİBİ (1 q məlhəm):
Qlukozamin sulfat – 1000 mq Xondroitin sulfat – 500 mq Metilsulfonilmetan (MSM) – 300 mq Kalsium karbonat – 500 mq Vitamin D3 – 400 BV
FARMAKOLOJİ TƏSİRİ:
Qlükozamin sulfat – birləşdirici toxumanın-qığırdaq, sümük, vətər, bağ, sinovial maye və əzələlərin əsas struktur elementlərindən biridir. Qlükozamin sulfat – dağılmış qığırdaq toxumasını bərpa etməklə yanaşı, yeni qığırdaq toxumasının inkişafını da təmin edir. İltihabəleyhinə, ağrıkəsici təsir göstərərək, QSİƏP-ə tələbatı azaltmaqla yanaşı, onların oynaqlara toksiki təsirinin də qarşısını alır.
Xondroitin sulfat – qığırdaq və sinovial mayenin tərkibinə daxil olan əsas komponentlərdən biridir. Hialuron turşusunun sintezində iştirak edərək, qığırdaq, bağ və vətərlərin möhkəmliyini və elastikliyini təmin etməklə yanaşı, kalsiumun sümüklərdə toplanması və kalsium-fosfor mübadiləsində də iştirak edir.
Metilsulfonilmetan (MSM) – kükürd tərkibli təbii üzvi maddə olub, birləşdirici toxumanın, o cümlədən qığırdaq, sümük, vətər və bağların əsas struktur elementlərindən biridir.
Kalsium karbonat – sümük toxumasının formalaşmasında iştirak edərək, ona möhkəmlik verir.
Vitamin D3 – kalsium və fosfor mübadiləsində iştirak edir. Kalsiun və fosforun bağırsaq divarından sorulmasını, böyrəklərdən reabsorbsiyasını sürətləndirir.