All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Venoplant

Venatonik, antikoaqulyant və angioprotektor

TƏRKİBİ (1 q məlhəm):

Diosmin – 300 mq
Melliloto – 160 mq
(20 % Coumarin quru ekstraktı)
Centella Asiatica – 15 mq
(45 % Triterpenlərin quru ekstraktı)

FARMAKOLOJİ TƏSİRİ:

Venoplant tərkibindəki aktiv maddələrin hesabına antikoaqulyant, venatonik, ödeməleyhinə və angioprotektiv təsir göstərir. Bioflavanoidlər lizosomal fermentlərin konsentrasiyasını azaldır, kapilyar divarında mukopolisaxaridlərin parçalanması zəifləyir, nəticədə kapilyar divarında keyfiyyət artır. Aktiv maddələrin sinergist təsiri nəticəsində damar keçiriciliyi azalır, protein molekullarının, su və elektrolitlərin ətraf toxumaya keçməsinin qarşısı alınır. Nəticədə ayaqlarda şişkinlik, ağrı, ağırlıq hissi və qaşınma kimi venoz problemlər aradan qalxır.

Diosmin – sitrus meyvələrinin çəyirdəyinin ekstraktıdır. Kapilyarların keçiriciliyini minimuma endirir. Vena damarlarının tonusunu artırır. İltihab mediatorlarını inhibə edərək, iltihabəleyhinə təsir göstərir. Damar divarını zədələyən oksidativ proseslərin qarşısını alır. Venoz çatışmazlıq simptomlarını aradan qaldırır.

Melilloto officinalis Enterosoma–I makrofaqlarda proteolitik fermentlərin aktivliyini artıraraq, venoz durğunluq zamanı yaranan ödemi aradan qaldırır. Damar keçiriciliyini azaldır. Dolayı antikoaqulyant təsir göstərir.

Centella Asiatica – birləşdirici toxumanın tropizmini stimullaşdırır və dəri elastikliyini təmin edir. Tərkibindəki efir yağları və flavanoidlər hesabına vena tonuslandırıcı effektə malikdir. Damarlarda kollagenin sintezini artırmaqla, damar divarının elastikliyini təmin edir. Toxuma mayesinin drenajını bərpa edir, şişkinlik, sellülit, ödem, istilik və ağrı hislərini aradan qaldırır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Kəskin hallarda 1 və ya 2 tablet, xroniki hallarda 1 tablet gün ərzində 1 dəfə yeməkdən sonra 1 stəkan su ilə daxilə qəbul edilir.

GÖSTƏRİŞLƏR:

  • Xroniki venoz çatışmazlıq
  • Varikoz xəstəliyi
  • Hemarroy
  • Tromboflebit
  • Kəskin və posttravmatik limfaödem
  • Gips və uzun müddətli sarğıdan sonrakı ödem

ƏKS GÖSTƏRİŞLƏR:

  • Preparatın komponentlərinə qarşı individual həssaslıq.

  • Hamiləlik.

ƏLAVƏ TƏSİRLƏRİ:

Təsadüfi hallarda qarın nahiyəsində ağrı, ürəkbulanma və ishal ola bilər.Qastrorezistent tablet formasında olduğu üçün heç bir dispeptik əlamətlər olmur.

Buraxılış forması: qastrorezistent tablet №20.

İstehsalçı: Aesculapius – Italiya