TƏRKİBİ (15 ml):
Kalsium fosfat – 510 mq
Vitamin D3 – 2 mkq
Maqnezium – 56.25 mq
Sink – 12.5 mq
FARMAKOLOJİ TƏSİRLƏRİ:
Calcicoct kombinəolunmuş kalsium preparatıdır. Uşaqların sümük, əzələ və sinir sistemini möhkəmləndirir. Çəki və boy artımında, sinir keçiriciliyində, dişlərin sağlamlığında mühim rol oynayır. Kalsium, fosfor və D vitaminin mübadiləsini tənzimləyir.
Kalsium – sümük toxumasının formalaşmasında, inkişafında, sinir toxumasının oyanma prosesində, əzələ yığılmasında, qanın laxtalanma-sında iştirak edir, asidozun əmələ gəlməsinin qarşısını alır, bir çox ferment və hormonları aktivləşdirir.
Maqnezium – neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir. Kalsiumun sorulmasını təmin edir.
Vitamin D3 – raxitəleyhinə vitamindir, kalsiumun bağırsaqlardan sorulmasında, kalsium və fosforun böyrəklərdən reabsorbsiyasında iştirak edir. Vitamin D-in əsas funksiyası sümüklərin böyüməsini və inkişafını təmin etmək, raxitin və osteoporozun yaranmasının qarşısını almaqdır. Eyni zamanda orqanizmdə mineral mübadiləsini idarə edir (kalsium və fosforun). Onların MBT-ından sorulmasına və sümük toxumasına çökməsinə kömək edir.
Sink – 100-ə yaxın fermentativ reaksiyalarda iştirak edir, boy artımını və inkişafı sürətləndirir, zülal və aminturşu sintezində böyük rol oynayır. Boyun artmasına və zehni aktivliyə səbəb olur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
0-6 ay – 2.5 ml gündə 2 dəfə
6 ay – 1 yaş – 2.5 ml gündə 3 dəfə
1-2 yaş – 5 ml gündə 2 dəfə
2-5 yaş – 5 ml gündə 3 dəfə
5-12 yaş – 7.5 ml gündə 3 dəfə
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Buraxılış forması: sirop – 150 ml
İstehsalçı: OFİ S.p.A – İtaliya