All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Rupisolv

Urolitik təsirli vasitə

TƏRKİBİ (2 saşe):

Inulin – 1000 mq

Kalium sitrat – 3370 mq

Maqnezium sitrat – 1378 mq

FARMAKOLOJİ TƏSİRİ:

Kalium sitrat və maqnezium sitrat sidikdə PH-ı artırır, yəni qələviləşdirir, bununla da sidikdə müxtəlif mənşəli duz kristallarının əmələ gəlməsinin qarşısını alır.

Preparatın komponentlərindən biri olan kalium sitrat sidikdə kalsiumu birləşdirərək, onun kristallaşmasının və bununla da böyrək daşı əmələ gəlməsinin qarşısını alır. Maqnezium sitrat üzvi duz olub, digər Mg duzlarına nisbətən daha yaxşı həll olma və daha çox biomənimsəmə xüsusiyyətinə malikdir.

Duzları sidikdə həll olmuş vəziyyətdə saxlayaraq, çökməsinin qarşısını alır və daş əmələ gəlməsinə mane olur. Ağır metallarla zəhərlənmələr zamanıantidot sayılır.

İnulin böyrək daşı əmələ gəlməsində vacib rol oynayan kalsiumun sorulmasına mane olur. Rupisolv böyrək xəstəlikləri fonunda əmələ gələn xronik metabolik asidozun qarşısını alır; podaqra xəstəliyi zamanı urikozurik terapiya məqsədilə də effektiv vasitə kimi istifadə olunur

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Preparat 1-2 saşe 1 stəkan suda (150 ml) həll edilərək, gündə 1 dəfə yemək arası qəbul edilir.

GÖSTƏRİŞLƏR:

  • Sidik turşusu daşlarının proilaktika və müalicəsi (oksalat, urat və qarışıq daşlar. Kalsium oksalat və kalsium fosfat duzları)

  • Nefrolitiaz və sistinuriya

  • Urikozuriya

  • Sitostatiklərlə müalicə zamanı

  • Təkrari sidik daşı əmələ gəlməsinin proilaktikası

  • Podaqra

ƏKS GÖSTƏRİŞLƏR:

Böyrək çatışmazlığı, sidik yollarının obstruksiyası, sidik yollarının infeksiyası, aktiv peptiki xora.

YAN TƏSİRLƏRİ:

Bəzən abdominal diskomfort, ürəkbulanma, diareya kimi dispeptik əlamətlər baş verə bilər. Bu əlamətlər preparat qida ilə birlikdə qəbul edilərsə, aradan qalxır.

Buraxılış forması: saşe №20

İstehsalçı: Shedir Pharma – Italiya