TƏRKİBİ:
Lactobacillus acidophilus
Lactobacillus casei
Bifidobacterium bifidum
Bifidobacterium lactis
İnulin – 352 mq
Fruktooliqosaxarid – 100 mq
FARMAKOLOJİ TƏSİRİ:
Sempro simbiotik preparat olmaqla, tərkibinə həm probiotik, həm də prebiotik daxildir. Sempronun tərkibinə daxil olan bifidobakteriyalar və laktobakteriyalar – normal bağırsaq mikrofloranının tərkibinə daxil olub, həzm prosesində iştirak etməklə yanaşı, həmçinin patogen, şərti patogen mikrofloranın və maya göbələklərin inkişafının qarşısını alır. Eyni zamanda interferon sintezini artıraraq, immuniteti yüksəldir. Fe, Ca, vitamin D-in sorulmasında, həmçinin aminturşular və K vitamini, B qrup vitaminlərinin, fol turşusunun sintezində iştirak edir. İnulin – 95% fruktozadan təşkil olunmuş polisaxariddir. İnulin normal mikrofloranın inkişafına və sayının artmasına kömək etməklə yanaşı, patogen (salmonella, şigella, stafilokokk, enterokokk) və şərti patogen bakteriyalara qarşı da aktivliyə malikdir. İnulin orqanizmdə lazımsız maddələriağır metal duzları, xolesterin və toksinləri özünə birləşdirərək xaric etməklə, detoksitor funksiyasını yerinə yetirir. Fruktooliqosaxarid – bağırsağın normal mikroflorasının inkişafını və aktivliyini təmin edir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Böyüklərdə və 6 yaşdan böyük uşaqlarda: 1 kapsul gündə 1-2 dəfə qəbul olunur. Uşadlarda: 0-1 yaş-1/3 kapsul gündə 1-2 dəfə; 1-3 yaş – 1/2 kapsul gündə 1-2 dəfə; 3-6 yaş – 1 kapsul gündə 1 dəfə qəbul olunur.
GÖSTƏRİŞLƏR:
Mədə-bağırsaq sisteminin müxtəlif mənşəli disbakteriozu (antibiotiklər, kontraseptiv maddələr, kimyəvi və şüa müalicəsindən sonra, qidalanma, stress ilə əlaqəli yaranan disbakterioz, kandidoz)
Bağırsaq infeksiyalarının (salmonella, şigella, sta?ilokokk və s.) kompleks müalicəsi
Qastrit, 12-barmaq bağırsaq xorası, kolit, xoralı kolit, qaraciyər sirrozunun kompleks müalicəsi
Dispepsiya: köp, gəyirmə, ürəkbulanma, qusma, qarında ağrı və diskomfort vəziyyət
Allergiya. Dərinin xronik iltihabi xəstəlikləri – furunkulyoz, səpgi və s.
İmmunodefisit vəziyyət. Avitaminoz.Hipovitaminoz
İşlədici preparatların uzunmüddətli istifadəsi
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
Buraxılış forması: tablet №20
İstehsalçı: Biodue – Italiya